EN

Rusiya Müdafiə Nazirliyində qalmaqal: Şoyqunun "sağ əli" milyardları ilə birgə NATO ölkəsinə qaçıb

"General Şevtsova Şoyqunun istefasından öncə, generallar Timur İvanov və Yuri Kuznetsovun həbsindən sonra ictimai məkandan yoxa çıxıb..."
 
Rusiyanın bir neçə resursları, o cümlədən "Tsarqrad" telekanalı general Tatyana Şevtsovanın qəflətən yoxa çıxması ilə bağlı baş vermiş qalmaqal haqqında məlumat verir. 
 
Moderator.az xəbər verir ki, bu barədə "dzen.ru" nəşri məlumat yayıb. 
 
Məlumatda deyilir ki, Rusiya müdafiə nazirinin müavini, birinci dərəcəli dövlət müşaviri, 54 yaşlı Tatyana Şevtsova iyun ayında Rusiya müdafiə naziri Seygey Şoyquya yaxın olan bir sıra hərbi məmurlarla birlikdə istefaya göndərilib.
 
Lakin o, bundan bir ay öncə generallar Timur İvanov və Yuri Kuznetsovun həbsindən sonra ictimai məkandan yoxa çıxıb. 
 
Şevtsova 14 il ərzində Müdafiə Nazirliyində həlledici postlar tutub. Onun bilavasitə vəzifələri vəsaitlərdən qeyri-məqsədli istifadə və Müdafiə Nazirliyində mümkün sui-istifadə halları barədə məlumatlı olması olub, nəşr yazıb. Qadın məmur rəsmən maliyyə, əsgərlərin sosial təminatı və dövlət sifarişlərinə cavabdeh olub.
 
Nəşrin yazdığına görə, Şevtsova istefaya göndərildikdən sonra "həyəcanlı çamadanını" götürərək operativ şəkildə ölkəni tərk edib və Fransaya gedib. Bəzi məlumatlara görə, Şevtsova özü ilə xeyli miqdarda, milyardlarla güman edilən pul vəsaitləri aparıb. 
 
Bu məlumatın nə dərəcədə həqiqətə uyğun olması bəlli deyil. Məlumat rəsmən hələlik nə təsdiq, nə də təkzib edilib. 
 
Qeyd edək ki, general Şevtsova Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi səbəbindən Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya və Avropa İttifaqının sanksiyaları altındadır. 
 
Xatırladaq ki, bu ilin may ayında Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunu müdafiə naziri vəzifəsindən azad edərək Rusiya Təhlükəsizlik şurasının katibi vəzifəsinə təyin edib. Rusiyanın müdafiə naziri postuna iqtisadçı Andrey Belousov təyin edilib. 
 
Bundan sonra Müdafiə Nazirliyində istefalar və sabiq müdafiə nazirinin silahdaşlarının səs-küylü həbsləri başlayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
14
moderator.az

1Sources