EN

"Qarabağ" Zubirlə bağlı qərarını verdi

"Qarabağ" Abdullah Zubirlə yeni müqavilə imzalayıb.

90deqiqe.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi müqaviləsi bir neçə gündən sonra başa çatacaq futbolçu ilə yeni müqavilənin şərtlərini razılaşdırıb.

Mərakeş əsilli fransalı yarımmüdafiəçi ilə anlaşma 3 il müddətinə uzadılıb.

32 yaşlı futbolçunun yeni müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2018-ci ildən çıxış etdiyi "köhlən atlar"da 5 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.

Zubir bu müddətdə Premyer Liqada 158 oyunda 43 qol vurub. Avrokuboklarda 84 matça çıxan yarımmüdafiəçi 14 dəfə fərqlənib. Zubir Azərbaycan klublarının heyətində qitə kuboklarında ən çox qol vuran futbolçudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
37
90deqiqe.az

10Sources