EN

BMT baş katibi Özbəkistana səfər edəcək

Özbəkistan respublika rəsmiləri Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin 30 iyun - 1 iyul tarixlərində respublikaya rəsmi səfər edəcəyini gözləyirlər. 

"Operativ Media" xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda bildirilib ki, Quterreşin rəsmi səfəri Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dəvəti əsasında baş tutmalıdır.

Mətbuat xidmətindən əlavə ediblər ki, səfər çərçivəsində BMT-nin baş katibi həmçinin bir sıra sənaye və sosial obyektlərə baş çəkəcək, ikitərəfli görüşlər və tədbirlər keçirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
11
10
operativmedia.az

10Sources