EN

"Qarabağ"a görə "Neftçi"dən elə ŞOK MƏBLƏĞ istədi ki…

«Adana Demirspor»la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev «Neftçi»ni yenidən hərəkətə gətirib.

Bakılılar son 10 gündə onunla ikinci dəfə əlaqə saxlayıb.

«Ağ-qaralar» millinin 29 yaşlı qapıçısına 3 illik müqavilə təklif edib. Sabiq «Qarabağ»lı isə bu dəfə qarşı tərəfdən nə az, nə çox, düz 500 min dollar illik maaş istəyib.

«Şah»ın tələbi «Neftçi» rəsmilərini təəccübləndirib. Axı onlar bilir ki, yığmanın «1 nömrə»si «Sabah»a «300 min dollar verin, gəlim» deyib.

Məhəmmədəliyev iki klub arasında bu qədər fərq qoymasını olduğu kimi açıqlayıb.

Bildirib ki, o, uzun illər «Qarabağ»ın formasını geyinib və indi onun əsas rəqibi ilə anlaşsa, bu, ictimaiyyət/azarkeşlər tərəfindən birmənalı qarşılanmayacaq, çoxsaylı tənqidlərlə üzləşəcək.

«Şah» hesab edir ki, «Sabah»a keçsə, bəlkə də reaksiyalar bir elə güclü olmayacaq, transfer nisbətən sakit qarşılanacaq.

Yəni ki, kiper «Neftçi»dən yarım milyon dollar istəməklə, onları mədəni surətdə özündən uzaqlaşdırmaq məqsədi güdür.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
1
sportinfo.az

2Sources