EN

Belqradda İsrail səfirliyi qarşısında terror aktı törədildi

İsrailin Serbiyanın paytaxtı Belqraddakı səfirliyi qarşısında terror aktı törədilib.

Axar.az xəbər verir ki, bu barədə Serbiya daxili işlər naziri İvitsa Daçiç deyib.

Onun sözlərinə görə, 1999-cu il təvəllüdlü Miloş Juyoviç adlı gənc arbaletlə səfirlikdə xidmətdə olan serb jandarmını arbaletlə güllələyib və daha sonra o, cavab atəşi ilə zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, o, radikal islam hərəkatına mənsub olub və sonradan adını Salahuddin olaraq dəyişdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
axar.az

2Sources