EN

İki güləşçimiz Avropa çempionatının finalında

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 2 sərbəst güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Muhamməd İsmayılov (51 kq) finalda mübarizə aparacaq. O, gürcüstanlı Mate Tsinadzeyə qalib gələrək, bu hüququ əldə edib.

60 kq Hüseyn İsmayılov yarımfinalda türkiyəli güləşçi Bilal İncedən güclü olub. Təmsilçimiz 3:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, final görüşləri sabah keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
2
idman.biz

3Sources