Azərbaycanın yeniyetmə cüdoçusu Əli Qazıməmmədov (81 kq) Bolqarıstanda keçirilən Avropa çempionatında növbəti görüşünə çıxıb.
Milli üzvü təsəlliverici qarşılaşmada Polşa təmsilçisi Derek Martszakla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Qazıməmmədov bürünc medal uğrunda görüşə qatılacaq.
Daha əvvəl Sübhan Axundov (+90 kq) finala yüksəlib. O, bu raundda estoniyalı Marek-Adrian Masakın müqavimətini qırmağa çalışacaq.
Bu gün tatamiyə çıxan digər üç cüdoçu əvvəlki raundlarda uduzublar.
Qeyd edək ki, turnir iyunun 30-da komanda yarışı ilə başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Bahadır Feyzullayev qızıl, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq) və Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.