EN

ABŞ oktyabrın 7-dən bəri İsrailə BU QƏDƏR RAKET GÖNDƏRİB - ŞOK SİYAHI

ABŞ oktyabrın 7-dən bəri İsrailə on minlərlə bomba və raket göndərib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məsələdən xəbəri olan iki ABŞ rəsmisi 2023-cü il oktyabrın 7-dən etibarən Vaşinqtonun İsrailə 27 mindən çox bomba və raket ötürdüyünü bildirib.

O cümlədən ABŞ İsrailə aşağıdakı silahları verib:

14.000 – 908 kq MK-84 bombaları;
6500 – 225 kq MK-82 bombaları;
3000 - Hellfire raketləri;
1000 - bunker bombaları;
2600 kiçik diametrli hava bombası.

Məlumata görə, silah tədarükü ilə bağlı statistika ABŞ-ın İsrailə hərbi dəstəyinin əhəmiyyətli dərəcədə azalmadığını göstərir.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
musavat.com

1Sources