EN

Obama Trampla uğursuz debatdan sonra Baydeni dəstəklədi...

Sabiq prezident hər iki namizədin niyyətlərindəki fərqi göstərməyə çalışıb…
 
Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Barak Obama prezidentliyə namizəd Donald Trampın tənqidindən sonra hazırkı Amerika lideri Co Baydenin müdafiəsinə çıxıb.
 
Moderator.az xəbər verir ki, bu haqda “TSN” məlumat yayıb.
 
"Pis debat axşaaları olur. İnanın, mən bilirəm", - Obama hər iki namizədin baxışlarındakı fərqləri göstərməyə çalışaraq yazıb.
 
Ağ Ev rəsmisi vurğulayıb ki, ilk prezident debatı onun 2024-cü il seçkilərinə münasibətini dəyişməyib.
 
“Amma bu seçki ömür boyu sadə insanlar üçün mübarizə aparan biri ilə yalnız özünü düşünən biri arasında seçimdir. Həqiqəti söyləyənlər, nəyin yaxşı, nəyin pis olduğunu bilən və bunu birbaşa Amerika xalqına çatdıracaq olanlarla - öz mənfəətləri üçün dişlərinin arasından yalan danışanlar arasında”, - deyə eks-prezident  "X" sosial şəbəkəsində yazıb.
 
S. Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources