Azərbaycanlı futbolçu Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" yeni mövsümün hazırlığı çərçivəsində yoxlama oyunu keçirib.
Bizim.Media xəbər verir ki, Albaniya çempionu Sloveniyanın "Maribor" klubu ilə qarşılaşıb.
Matç 2:2 hesablı bərabərliklə başa çatıb. Zamiq Əliyev də bu görüşün iştirakçısı olub. 23 yaşlı mərkəz müdafiəçisi yeni komandasında debüt edib.
Qeyd edək ki, Zamiq Əliyev "Eqnatiya" ilə 3 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media