EN

Şkrinyar İngiltərəyə meydan oxudu:"Biz onlardan daha yaxşıyıq"

Slovakiya millisinin kapitanı Milan Şkrinyar Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 final mərhələsində İngiltərəyə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini bölüşüb.

Fanat.Az UEFA-nın saytına istinadən xəbər verir ki, PSJ-nin formasını geyinən müdafiəçi belə danışıb:

"Avropanın, hətta dünyanın ən yaxşı futbolçularının bir araya gəldiyi turnirdə oynayırıq. Harri Keyn də buradakı möhtəşəm futbolçulardan biridir. Biz Romelu Lukakunun qarşısını ala bildik və inanıram ki, Keyni də saxlaya biləcəyik. İngiltərə millisinin heyətində çox sayda ulduzlar var, amma biz komanda olaraq daha yaxşıyıq.

Heç kim Belçikaya qalib gələcəyimizi gözləmirdi, ancaq biz bacardıq. Bu o deməkdir ki, biz İngiltərəyə də yenə bilərik”.

Qeyd edək ki, Slovakiya və İngiltərə yığmaları arasında oyun iyunun 30-da keçiriləcək. Görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
fanat.az

1Sources