EN

İsrailin Belqraddakı səfirliyi qarşısında SİLAHLI İNSİDENT - Xəsarət alan var - FOTO

İsrailin Belqraddakı səfirliyi yaxınlığında silahlı atışma olub.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, naməlum şəxsin qəfildən səfirlik qarşısında silahdan atəş açıb, nəticədə polis əməkdaşı yaralanıb. Nazirlikdən qeyd edilib ki, baş verən insident zamanı israilli diplomatlardan heç biri xəsarət almayıb.

Cinayətkar cavab atəşi ilə məhv edilib. İlkin ehtimallara görə, onun Serbiya vətəndaşı olduğu qeyd edilir.

Hücumun mümkün motivləri araşdırılır. 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
bizim.media

1Sources