EN

Uşaq meydançasında qətl! FOTOLAR

Uşaq

Antalyanın Muratpaşa məhəlləsi 75-ci küçədə yerləşən uşaq meydançasında qanın içində yerdə hərəkətsiz uzanan şəxsi görənlər cümə axşamı saat 02:00 radələrində 112 Təcili Zəng Mərkəzinə məlumat veriblər.Ulusum.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Gələn həkim briqadası sinəsindən bıçaqlanan şəxsin öldüyünü müəyyən edib. Ölən şəxsin Süleyman Çələbə olduğu müəyyən edilib.UşaqPolis araşdırmaya başlayıb və hadisə ilə əlaqəsi ola biləcəyini düşündüyü və məlumatı istəniləcək 6 nəfəri sorğu-sual olunmaq üçün polis idarəsinə aparıb.Araşdırmalar zamanı qətli törədən şəxsin Muaz Çoban (47) olduğu təyin edilib.Görüntülərdən Muaz Çobanın izinə düşən qruplar, şübhəlini 6 saat sonra Muratpaşa rayonunda başqa bir parkda oturarkən yaxalayıb.Polisdəki ifadəsində cinayətini etiraf edən Muaz Çoban sərxoş halda mübahisə etdiyini, lakin hadisəni necə törətdiyini xatırlamadığını bildirib. Prosedurlardan sonra ədliyyəyə sövq edilən Muaz Çoban jurnalistlərin “Onu niyə öldürdünüz?” sualına cavab verməyib. Muaz Çoban həmin gün baş verən digər yaralanma hadisəsi ilə bağlı "Mən deyiləm, spirtli içki səbəb olub" deyib.Aymirə Ağamirova

Diqqət Çəkənlər

Fitch-dən türk bankları ilə bağlı kritik qərar

Beyin sağlamlığı üçün nə yeyib içməliyik?

Biləsuvarda avtoqəza baş verib - VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
ulusum.az

1Sources