EN

Gəncədə “şou” göstərib sərnişini təhlükəyə atan sürücü saxlanılıb - RƏSMİ - VİDEO

Gəncədə sərnişindaşıma qaydalarını pozub təhlükə yaradan sürücü saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Avtosfer.az-ın sorğusunu cavablayıb. Onun sözlərinə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində həmin sürücü müəyyən olunaraq barəsində inzibati protokol tərtib olunub.

Qeyd edək ki, bir gün öncə bununla bağlı saytımızda xəbər dərc olunmuşdu. Belə ki, 20-EX-444 dövlət nömrə nişanlı “Hyundai Sonata” markalı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini oturacaqlardan kənar, maşının saxlanc yerində (baqaj) sərnişin əyləşdiyi halda idarə etmişdi.

Nərmin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
21
avtosfer.az

1Sources