EN

Müğənninin biznesi batdı, borca düşdü

Müğənni Vüsal Əliyevin biznesi batıb.

BiG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçi bu haqda "Qonaqcanlı" verilişində deyib. O bildirib ki, restoran işi bir neçə aydır dayanıb:

"Plansız şəkildə bu işdə daxil oldum. Dostum dəvət etdi, razılaşdım. 3 ildir var idi. Yoruldum, sənətimdən geri qaldım. Restoran çətin işdir. Müşahidə etdim ki, sənətimdən başqa işlə məşğul olmaq mənə uğursuzluq gətirdi. 2010-cu ildə də güclü ziyan etdim. Burada da güclü ziyanım oldu. İşləyə-işləyə ziyana düşdüm".

V.Əliyev borca düşdüyünü və onu ödəməyə çalışdığını əlavə edib.

İfaçı daha sonra son vaxtlar ailəsində ağır itkilər yaşadığını deyib. O bildirib ki, qayınatası və dayısı dünyasını dəyişib.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
22
big.az

10Sources