EN

Yan Matsen “Aston Villa”da, Omari Kelliman “Çelsi”də

“Çelsi”nin holland sol cinah müdafiəçisi Yan Matsen Premyer Liqanın digər təmsilçisi “Aston Villa”ya keçib.

Arena.az bu barədə sözügedən klubların rəsmi saytına istinadən məlumat verir.

“Aston Villa” Matsenin transferi üçün 44,5 milyon avrosundan keçib. Üstəlik, bu klubun 18 yaşlı hücumameyilli yarımmüdafiəçisi Omari Kelliman da “Çelsi”yə keçib. Onun transferi London klubuna 22,5 milyon avroya başa gəlib.

Matsenin “Aston Villa” ilə müqaviləsinin müddəti açıqlanmır. “Çelsi” isə Kellimanla 6+1 illik müqavilə imzalandığını açıqlayıb.

Yan Matsen futbolda ilk addımlarını “Feyenoord”da atıb. Ardınca holland müdafiəçi “Sparta” (Rotterdam) və PSV-nin futbol məktəblərində yetişib və 2018-ci ildə “Çelsi”nin akademiyasına yol tapıb. “Zadəganlar” Matseni tərəqqi etdirmək üçün “Çarlton”, “Koventri” və “Börnli”yə icarəyə veriblər. Daha sonra Matsen “Çelsi”nin əsas heyətinə yol tapıb. Matsen “Çelsi”nin heyətində bütün yarışlarda 16 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Çelsi” Matseni bu ilin yanvarında Dortmund “Borussiya”asına icarəyə vermişdi. O, geridə qalmış mövsümün ikinci hissəsində Almaniya klubunun heyətində 23 oyuna çıxıb, 3 qol vurub, 2 assistlə yadda qalıb.

Matsen PSV-nin U-17 komandası ilə 2018-ci ildə Niderland çempionluğunu, 2022/2023 mövsümündə isə “Börnli” ilə Çempionşipi qazanıb.

Yan Matsen Niderland yığmasının əsas heyətində hələ debüt etməsə də, U-15, U-16, U-17, U-18, U-21 yığmalarında oynayıb. Matsen Niderlandın U-17 yığması ilə 2019-cu il Avropa Çempionatının və 2019-cu il Alqarve Beynəlxalq Turnirinin qalibi olub.

“Transfermarkt” internet-portalı 22 yaşlı müdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Omari Kelliman isə “Derbi Kaunti”nin yetirməsidir. 2022-ci ildən “Aston Villa”da çıxış edən yarımmüdafiəçi bu klubun əsas komandasında 6 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Daha öncə Şimali İrlandiyanın U-17 və U-18 yığmalarında oynamış Kelliman, 2023-cü ildən İngiltərənin U-19 millisinə cəlb olunur.

“Transfermarkt” internet-portalı 18 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
arena.az

1Sources