EN

Hansısa səbəbdən seçici siyahına düşməyən vətəndaşın səsvermə hüququ təmin olunacaq - MSK sədri

Bakı. Trend:

Adı hansısa səbəbdən seçici siyahına düşməyən vətəndaşınsəsvermə hüququ təmin olunacaq.

Trend-in xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK)bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, heç kəs vətəndaşın hansısa səbəbdən seçicisiyahsına adının düşməməsinə görə onu səsvermə hüququndan məhrumedə bilməz.

“İndiyə qədər də belə səs verən insanlar kifayət qədər olub. Buseçkilərdə də bütün insanların səs verməsi üçün şəraityaradılacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış AzərbaycanRespublikası Milli Məclisinin buraxılması və AzərbaycanRespublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyinedilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənarseçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
2
az.trend.az

3Sources