İsrailin Belqraddakı səfirliyinin əməkdaşları şənbə günü səhər terror aktına cəhd zamanı xəsarət almayıb.
Bu barədə RİA Novosti İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır .
“Səfirlik bağlıdır və səfirliyin heç bir əməkdaşı xəsarət almayıb”, – deyə məlumatda bildirilir.
Yerli polis əməkdaşının yaralandığı qeyd edilir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
Bundan əvvəl Türkiyə polisi İstanbulda İŞİD-in fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək digər ölkələrin on vətəndaşını saxlamışdı.
DOĞRU.AZ