EN

Terror aktına cəhd zamanı İsrailin Belqraddakı səfirləri xəsarət almayıb

İsrailin Belqraddakı səfirliyinin əməkdaşları şənbə günü səhər terror aktına cəhd zamanı xəsarət almayıb.

Bu barədə RİA Novosti İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən yazır .

“Səfirlik bağlıdır və səfirliyin heç bir əməkdaşı xəsarət almayıb”, – deyə məlumatda bildirilir.

Yerli polis əməkdaşının yaralandığı qeyd edilir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Bundan əvvəl Türkiyə polisi İstanbulda İŞİD-in fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinərək digər ölkələrin on vətəndaşını saxlamışdı.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
dogru.az

1Sources