EN

ABŞ Ceyhun Bayramovu NATO-nun sammitinə dəvət edib

Ermənistan və Azərbaycan xarici işlər nazirləri NATO xarici işlər nazirlərinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunublar.

Azpost.info bildirir ki, bu barədə ABŞ dövlət katibinin müavini Ceyms O’Brayen Bakıya səfəri zamanı keçirdiyi brifinqdə deyib.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə bu sammitə NATO-ya partnyor bütün ölkələrin nazirləri dəvət ediliblər.

O’Brayen Vaşinqtonda Ceyhun Bayramov və Ararat Mirzoyan arasında hər hansı görüşün gözlənildiyi barədə heç nə deməyib.

Ermənistan Xarici İşlər Nazirliyi iyunun 28-də AzadlıqR adiosunun erməni xidməti – Azatutyuna deyib ki, Ararat Mirzoyan belə bir dəvət alıb və onu qəbul edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
12
azpost.info

1Sources