EN

ABŞ-dən İsrail və HƏMAS-a yeni təklif

Bakı. Trend:

ABŞ Prezidenti Co Baydenin Administrasiyası Fələstinin HƏMASradikal hərəkatı və İsrail arasında fikir ayrılıqlarını aradanqaldırmaq məqsədilə Qəzza zolağında atəşkəs və girovlarınmübadiləsi ilə bağlı razılaşmanın maddələrindən birinin yenivariantını təklif edib.

Trend xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrəistinadən məlumat yayıb.

Onların sözlərinə görə, danışıqlarda vasitəçi olan Qətər vəMisirlə birgə yeni mətn üzərində iş aparılıb. Bu, razılaşmanınbirinci mərhələsində İsrail və HƏMAS arasında aparılan danışıqlarınnəzərdə tutulduğu maddəyə aiddir. Danışıqlar Qəzzada davamlısakitliyin əldə olunmasını ehtiva edən ikinci mərhələ üçün dəqiqşərtlərin müəyyən edilməsinə yönələcək.

Mənbələr bildiriblər ki, HƏMAS danışıqlarda yalnız girovlarınmübadiləsini müzakirə etmək istəyir, İsrail isə Qəzzanındemilitarizasiyası məsələsini gündəmə gətirməyi planlaşdırır.

"ABŞ razılaşmanın imzalanmasına imkan verəcək formulun tapılmasıüçün bütün səylərini ortaya qoyur", - deyə danışıqların gedişatıilə tanış olan mənbələrdən biri bildirib.

İkinci həmsöhbət isə qeyd edib ki, HƏMAS ABŞ-nin təklif etdiyiyeni variantla razılaşarsa, bu, sazişin bağlanmasına imkanverəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
9
az.trend.az

10Sources