EN

Bu ölkədə inəklərdən vergi alınacaq

Danimarka süd və donuz fermalarına iqlim vergisi tətbiq etməyi düşünür.

"Cebhe.info" CNN-ə istinadən xəbər verir ki,Danimarka südçülərindən metan emissiyalarına görə hər inək üçün illik 672 kron (96 dollar) vergi ödəmələri tələb olunur. Qanun 2030-cu ildə qüvvəyə minəcək.

Danimarka süd məhsulları və donuz ətinin əsas ixracatçısıdır və ölkənin kənd təsərrüfatı ətraf mühitə ciddi ziyan vurur. Onlar yeni vergi hesabına 40 milyard kron yığmağı planlaşdırırlar, pullar meşələrin bərpasına və bataqlıqların bərpasına sərf olunacaq.

Layihə hələ qəbul edilməyib və Danimarka parlamentindən keçməlidir. Ölkənin vergi naziri Jeppe Bruus digər ölkələri Danimarkadan nümunə götürməyə və planeti çirkləndirən fermerlərdən pul almağa çağırıb.

Bundan əvvəl avropalı fermerlər Avropa İttifaqının (Aİ) Yaşıl Sövdələşmənin hazırkı formada ləğvi tələbi ilə etiraz aksiyaları keçirmişdilər. Fermerlərin fikrincə, Yaşıl Sövdələşmə Avropa vətəndaşlarının ərzaq təhlükəsizliyini pozur, Avropa İttifaqında məhsulların bahalaşmasına səbəb olur və istehsalçıları məhv edir.

Xəzər

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources