EN

Ceko ''Fənərbaxça''dan ayrılır

“Fənərbaxça''da qalacağı ehtimal edilən Edin Ceko ilə bağlı yeni xəbər var.

Təcrübəli forvard İstanbul nəhəngindən ayrılmağa hazırlaşır. İtaliya mətbuatının iddiasına görə Ceko Xorvatiya təmsilçisi ''Hayduk''un təklifini qəbul edib. Bu klubun yeni baş məşqçisi Cennaro Qattuzo, eləcə də idman direktoru Nikola Kaliniç 38 yaşlı futbolçu ilə görüşərək onu karyerasını Xorvatiyada davam etdirməyə razı sala biliblər. Xəbərdə qeyd olunub ki, ''Hayduk''un şərtlərini qəbul edən bosniyalı ulduz klubla ikiillik müqavilə imzalayacaq. Ceko ötən yay böyük ümidlərlə ''Fənərbaxça''ya gəlmiş və ona dərhal kapitan sarğısı həvalə edilmişdi. O, mövsümün böyük hissəsində əsas futbolçu sayılsa da, sonlara yaxın əsas heyətdəki yerini itirmişdi.

Ceko 2023/24-ü 46 rəsmi oyun, 25 qol, 10 məhsuldar ötürmə göstəriciləri ilə tamamladı.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources