Fransa millisinin yarımmüdafiəçisi Eduardu Kamavinqa Almaniyada təşkil edilən Avropa çempionatının 1/8 finalında Belçikaya qarşı keçirəcəkləri oyun ərəfəsində "xoruzlar"ın baş məşqçisi Didye Deşamdan danışıb.
Fanat.Az xəbər verir ki, "Marca" onun sözlərini belə çatdırıb:
"O, az danışır, amma həmişə bizim yanımızdadır. O, Avropa çempionatından öncə yanıma gəldi və komandadakı rolumun nədən ibarət olacağını dedi. Biz bir-birimuzlə həmişə söhbət etmirik, çünki bu, yığmanın xeyrinə olmaz".
Qeyd edək ki, Fransa Belçika ilə iyulun 1-də qarşılaşacaq. Matçın start fiti Bakı vaxtı ilə 20:00-da səsləndiriləcək.
Nihat