EN

Vinisius hakimlikdən şikayətləndi

Braziliya yığmasının hücumçusu Vinisius Junior Amerika kubokunda Paraqvay üzərində qələbədən sonra hakimlikdən şikayətlənib.



Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verur ki, braziliyalı futbolçu hakimlikdən narazı olduğunu bildirib:



“Meydançanın vəziyyətinə və futbolçularımıza açıq-aşkar qayda pozuntularını qeydə almayan hakimlərin işinə görə burada oynamaq çətindir. Mən hesab edirəm ki, KONMEBOL-un Braziliya millisinə münasibəti ədalətsizdir”.



Qrup mərhələsinin 2-ci turunda Paraqvay millisini 4:1 hesabı ilə məğlub edən braziliyalılar turnirdə ilk qələbəsini qazanıb. Vinisius iki qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərbraziliya Vinisius

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
komanda.az

1Sources