EN

Fransada seçki həyəcanı: İfrat sağçılar qələbəyə çox yaxındır

Fransa sabah növbədənkənar ümumi seçkilərdə sandıq başına getməyə hazırlaşarkən ifrat sağçıların tarixi qələbə qazanacağı, Fransa prezidenti Emmanuel Makronun isə ağır məğlubiyyət alacağı gözlənilir.

Demokrat.az
xəbər verir ki, prezident Makron bu ayın əvvəlində Avropa Parlamentinə keçirilən seçkilərdə ifrat sağçıların böyük qələbə qazanmasından sonra erkən seçki keçirmək qərarına gəlib. 

Partiyası böyük məğlubiyyətə uğrayan Makronun bu qərarı “böyük risk” kimi qiymətləndirilib.
Baş nazir Qabriel Attal dünənki son seçki kampaniyası zamanı ifrat sağçıların ölkədə zorakılıq və nifrət nitqini artıracağını söyləyərək səs istəyib.

Fransanın gələcək baş naziri kimi görünən ifrat sağçı Milli Ralli partiyasının lideri Jordan Bardella qatıldığı televiziya debatında deyib: 

“Vətəndaşlarımızda qanunların icra olunmaması və dövlətin güclünün qarşısında zəif olması hissinə sahibdir".

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
demokrat.az

1Sources