EN

İranın Daxili İşlər Nazirliyi iyulun 5-də prezident seçkilərinin ikinci turunu elan edib

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-də baş tutacaq, çünki birinci turda namizədlərdən heç biri 50 faiz səs toplaya bilməyib.

Bunu ölkənin seçki komissiyasının nümayəndəsi Möhsün Eslami deyib. “Namizədlərdən heç biri səs çoxluğunu toplaya bilmədiyinə görə, qanuna əsasən, seçkilərin ikinci turu keçiriləcək”.

Doğru.az xəbər verir ki, RİA Novosti Eslami-dən sitat gətirir.

Bundan əvvəl İranda naməlum şəxslərin seçki qutuları olan avtomobilə hücum etdiyi barədə məlumat yayılmışdı.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
dogru.az

1Sources