"Turan Tovuz"da yeni müqavilə qeydə alınıb.
“Football-plus.az” xəbər verir ki, son iki mövsümü komandada keçirən Eltun Turabovla sözləşmənin müddəti uzadılıb. Onun yeni müqaviləsi 2024/2025-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, "Turan Tovuz" bu yay Şəhriyar Əliyev,Aleks Souza, Emmanuel Hakman, Alexandro Serrano,Ayxan Hüseynov, Sadiq Quliyev, Otto Con və Faiq Hacıyevlə də müqaviləni yeniləyib.