EN

Bu müəllimlərin “qabiliyyəti” də yoxlana bilər - Ekspert

Orta təhsil müəssisələrində təkcə biliklər tədris olunmur, həm də bacarıqlar formaşdırılır. Bunlar sırasında təsviri sənət, texnologiya və digər qabilliyətləri əks etdirən fənlər var. Testologiyada daha çox nəzəri bilikləri yoxlaya bilirik.

Bu sözləri Axar.az-a təhsil üzrə ekspert Kamran Əsədov gələn il sosial, bədən tərbiyəsi, təsviri incəsənət və digər fənn müəllimlərinin sertifikasiya imtahanının hansı qaydalar üzrə keçirilə biləcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu sahə üzrə dərs deyən müəllimlərin nəzəri bilikləri ilə yanaşı, bacarıqları da yoxlanılmalıdır:

“Düşünürəm ki, onlar birinci mərhələdə test tapşırıqlarına cavab verəcək, müsahibə mərhələsində isə onların əl qabiliyyətləri, bacarıqları yoxlanıla bilər. Bütün hallarda ilk dəfə sertifikasiya keçirildiyinə görə müəyyən problemlər mövcuddur. Gələcəkdə bu qaydalar dəyişdirilə bilər. DİM hər il insanların idman və rəsm bacarıqlarını yoxlayır. Yəni Azərbaycanda bu təcrübə var. Elm və Təhsil Nazirliyi də sertifikasiya imtahanında qabiliyyət tələb edən imtahanların bir qismini nəzəri, bir qismini isə bacarıqlarla yoxlayıb ölçsə, bu, daha obyektiv olardı. Müəllimlər də nəzəri biliklərlə yanaşı, fənləri ilə bağlı qabiliyyətlərini də təkmilləşdirmiş olardı”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
1
axar.az

2Sources