EN

İranda prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olundu

İranda keçirilən seçkidə prezidentliyə namizədlərdən heç biri 50 faizdən çox səs toplaya bilmədiyindən ikinci tur təyin olunub.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə İran Mərkəzi Seçki Komissiyası bildirib.

Məlumata görə, prezident seçkilərinin ikinci turu iyulun 5-nə təyin olunub.

Bu turda Məsud Pezeşkian və Səid Cəlili iştirak edəcək.
Chosen
128
9
azxeber.com

10Sources