EN

İsrail Qəzzada 37 min 834 insanı qətlə yetirib

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 267 gündür hücumları ilə bağlı məlumat verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 7 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 69 fələstinlinin həyatını itirdiyi, 429 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 834, yaralıların sayı isə 86 min 858-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.

Chosen
126
3
operativmm.az

10Sources