EN

Kasper Yulmann: “Almaniya yığması ilə döyüşəcəyik”

Danimarka millisinin baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün 1/8 finalında Almaniya yığması ilə oyun ərəfəsində gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Özünə və güclü tərəflərinə inanmaq vacibdir. Son illər güclü rəqiblərə qarşı çox oyun keçirmişik. Həmişə təslim olmamağa çalışmışıq, buna görə də ruhumuz təpərlidir.

Biz son dərəcə diqqətliyik və oyunun başlamasının intizarındayıq. Çətin qrupdakı oyunlar arxada qalıb və biz növbəti çağırışa hazırıq. Bizim üçün çox vacib an yaxınlaşır və biz yarışın ev sahibləri ilə döyüşəcəyik”, deyə Kasper Yulmann vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün 1/8 final mərhələsinin Almaniya – Danimarka oyunu bu gün, iyunun 29-da Dortmundun “Siqnal İduna Park” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
arena.az

1Sources