EN

Elnarə tənqidi cavabsız qoymadı

Müğənni Elnarə Xəlilova TV proqramlara qatılmamasına dair sözlərindən sonra tənqid olunub. O, buna instaqram səhifəsində rəyini bildirib. 

Yenisabah.az xəbər verir ki, müğənni tənqidlərə cavab olaraq yazıb:

"Gedirsən vay, getmirsən vay. Həm tamaşaçı qınayır ki, niyə efirə çıxmırsınız. Həm də aparıcılar qınayır ki, çağırırıq gəlmirsiniz, biz də məcbur efiri nə gəldi ilə doldururuq. Efir xalqındı. Heç kimin dədəsinin efiri deyil. Ona görə də mütləqdir ki, sənətçilər efirdə sənə göstərsinlər" sözlərini əlavə edib. 

Xatırladaq ki, ötən gün E. Xəlilova "Rəngarəng səhər" verilişindəaparıcı Zaur Nəbioğlu ilə mübahisə edib. 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
2
yenisabah.az

3Sources