EN

Türkiyədə oynamış futbolçu dünyasını dəyişdi

Sabiq kamerunlu futbolçu Landri Nquemodan üzücü xəbər gəlib.

O, 38 yaşında öz ölkəsində avtomobil qəzasında dünyasını dəyişib. Bədbəxt hadisə srağagün baş verib. Hadisə ilə bağlı həm Kamerun Futbol Federasiyası, həm də ''Kayserispor'' başda olmaqla onun şərəfini qoruduğu klublar başsağlığı mesajı yayınlayıblar. Dayaq yarımmüdafiəçisi mövqeyində oynamış Nquemo ''Nansi'', ''Seltik'', ''Bordo'', ''Sent Etyen'' kimi klublarda top qovub. Türkiyədə o, 2015-17-ci illərdə ''Akhisarspor'' və ''Kayserispor''un şərəfini qoruyub. Karyerasını 2019-da Norveç təmsilçisi ''Konqsvinger''də başa vurub.

2021-dən etibarən məşqçi karyerasına start verən Nquemo ''Nansi''nin akademiyasında çalışırdı. O, 2006-14-cü illərdə Kamerun yığmasının şərəfini qoruyub və 42 oyuna 3 qol vurub. DÇ-2010 və DÇ-2014-ün iştirakçısı olub.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources