EN

Rusiya ABŞ-a qarşı cavab tədbirləri hazırlayır

Rusiya

Rusiya ABŞ pilotsuz uçan aparatlarının (PUA) Qara dəniz üzərində uçuşlarının münaqişə riskini artırdığını bildirib. İndi Moskva Qara dənizdə ABŞ PUA-larının təxribatlarına cavab verməyə hazırlaşır.

Reyting.az
xəbər verir ki, ABŞ son zamanlar strateji PUA-larla Qara dənizdəki fəaliyyətini gücləndirib. Moskva isə Amerika kəşfiyyat təyyarələrinin qarşısını almaq üçün güclü addımların atıla biləcəyi ilə bağlıxəbərdarlıq edib.

Rusiya Müdafiə Nazirliyi ABŞ-nın Qara dəniz üzərindəki PUA-larına qarşı cavab tədbirləri hazırlamaq tapşırığı aldığı bildirib. ABŞ PUA-larının Qara dəniz üzərində son “uçuşlarının artmasına” diqqət çəkən Rusiya Müdafiə Nazirliyi qeyd edir ki, Rusiya obyektlərinə hücum etmək üçün Qərb dövlətləri tərəfindən Ukraynaya verilən dəqiq silahlar üçün kəşfiyyat və hədəf təyinatları aparılır.

Açıqlamada deyilir ki, bu vəziyyət ABŞ və digər NATO ölkələrinin Ukraynadakı münaqişədə Kiyev rejiminin tərəfində iştirak etdiyini göstərir.

Nazirlik həmçinin, “bu uçuşlar Rusiya hərbi təyyarələrinin iştirakı ilə insidentlərin sayını və NATO ilə Rusiya arasında birbaşa qarşıdurma riskini artırdığını” bildirib və bu vəziyyətə görə NATO üzvlərini ittiham edib.

Qeyd olunur ki, Rusiya müdafiə naziri Andrey Belousov Baş Qərargahdan “bu təxribatlara qarşı mümkün operativ cavab hazırlıqları ilə bağlı təkliflər istəyib”.

Xatırladaq ki, ABŞ və Rusiya arasında oxşar münaqişə əvvəllər də baş verib. 2023-cü ilin martında Rusiya döyüş təyyarəsi ABŞ PUA-larını zədələyərək onun Qara dənizdə qəzaya uğramasına səbəb olub. Hadisə “Soyuq Müharibə” dövründəki qarşıdurmalardan sonra Rusiya və ABŞ qüvvələri arasında ilk qaynar qarşıdurma kimi təsvir edilib. Belə bir münaqişənin təkrarlanması Ukraynada davam edən müharibədə yaranan gərginliyi daha da artıra bilər.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
reyting.az

1Sources