Bakı, 29 iyun, AZƏRTAC
“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin daha bir köməkçisi bəlli olub.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin sabiq üzvü Cavid Hüseynov tatarıstanlı çalışdırıcının texniki heyətində yer alacaq.
C.Hüseynov son olaraq “Cəbrayıl” komandasının baş məşqçisi olub. Komanda onun rəhbərliyi altında I Liqaya vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl Yevgeni Şetinin Kurban Berdıyevin köməkçisi təyin olunub.