EN

FHN tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınıb - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən hafta.az-a verilən məlumata görə, bu çərçivədə, Quba şəhərinin Gənclər küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Quba Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

 

Chosen
77
37
hafta.az

10Sources