EN

Azərbaycanda prezidenti tutulan klub fəaliyyətini dayandırdı

Üç il öncə yaradılan "İrəvan”FK fəaliyyətini dayandırıb.

Buna "dondurmaq" da demək olar.

Bilindiyi kimi, klub AFFA-nın Lisenziya Komissiyasının tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm I Liqada iştirak üçün lisenziya əldə edə bilməyib.

Bunu nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər Liqası və I Liqanın 2023/2024 mövsümünün Əsasnaməsini rəhbər tutaraq, mayın 29-da komandanı çempionatdan kənarlaşdırıb.

10 gün müddətində verilən qərarla bağlı apellyasiya məhkəməsinə müraciət etmək hüququ olsa da, "İrəvan" rəsmiləri addım atmayıb.

I Liqada yarışdığı 1 il ərzində saysız-hesabsaız qalmaqallarla, maxinasiyalar və oyun "alver"inə qurşanması xəbərləri ilə gündəmə gələn komandanın prezidenti Zahid Niyazəliyev hazırda istintaq altındadır.

Dörd aydan artıqdır ki, onunla bağlı araşdırma gedir. Bir neçə maddə ilə ittiham olunan təqsirləndirilən şəxsin hazırda Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olduğu söylənilir.

SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources