EN

“Namizədliyim Qarabağın istənilən bölgəsindən irəli sürülə bilər...”

“Seçkilərə ciddi hazırlaşmışıq, partiya olaraq iştirak edəcəyimiz ilk seçkilərimizdi,  iddiamızı və gücümüzü ortaya qoyacağıq...”
 
“Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində Azad Vətən Partiyasından təxminən 25 nəfərin namizədliyini irəli sürməyi düşünürük. Amma sonralar bu rəqəm arta və ya azala bilər. Bir neçə gün ərzində seçki dairələrində şanslarımızı, namizədlərin istəklərini və digər məsələləri nəzərdən keçirib yekun qərarımızı verəcəyik. Mənim namizədliyim Ağdamdan, Qarabağın istənilən digər bölgəsindən, həmçinin Bakının rayonlarından da verilə bilər. Bəzi bölgələrdən namizədliyimlə bağlı dəvətlər də var”.
 
Bunu Moderator.az-a açıqlamasında parlamentə növbədənkənar seçkilərə hazırlıqdan bəhs edən Azad Vətən Partiyasının sədri Akif Nağı söyləyib.
 
“Seçkilərə ciddi hazırlaşmışıq, partiya olaraq iştirak edəcəyimiz ilk seçkilərimizdi,  iddiamızı və gücümüzü ortaya qoyacağıq. Parlamentdə ciddi dəyişikliklərin, yeniliklərin olacağına inanırıq. Hesab edirik ki, bu seçkilər qalib dövlətin parlament tarixində dönüş nöqtəsi olacaq və dövlətimiz, millətimiz üçün xeyirli-uğurlu olacaq”, - deyə davamında partiya lideri diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources