Sumqayıtda 33 yaşlı qadını avtomobil vuraraq öldürüb.
"Far.Az"un yerli bürosu xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə 1991-ci il təvəllüdlü Ayşən Ramiz qızı Qəribovanı vurub. Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
08:51
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisə baş verib.
"Far.Az"un yerli bürosunun xəbərinə görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü Oqtay Sabir oğlu Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə təxminən 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir) vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.