EN

Hakim Ziyeş “Çelsi”ni birdəfəlik “Qalatasaray”a dəyişdi

“Qalatasaray”ın mərakeşli sağ vingeri Hakim Ziyeş müqavilə ilə bağlı olduğu İngiltərənin “Çelsi” klubundan birdəfəlik ayrılıb.

Arena.az bu barədə Türkiyə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Belə ki, “Qalatasaray” ötən ilin yayında icarəyə götürdüyü təcrübəli oyunçunun transfer hüquqlarını alıb. Lakin İstanbul təmsilçisi bunun üçün “Çelsi”yə heç bir təzminat ödəməyib.

Ziyeş “Qalatasaray”la 1+1 illik müqavilə bağlayıb. O, İstanbul nəhəngində ilinə 2 milyon 850 min avro qazanacaq.

Xatırladaq ki, Hakim Ziyeş 2023-cü ilin avqust ayından formasını geyindiyi “Qalatasaray”da bütövlükdə 23 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə müəllifi olub.

Ziyeş “Çelsi”yə 2020-ci ilin yayında Niderland nəhəngi “Ayaks”dan 40 milyon avro qarşılığında keçmişdi. O, London klubunun heyətində 107 oyuna çıxıb, 14 qol vurub, 13 assistlə yadda qalıb.

Hakim Ziyeşin formasını geyindiyi klublar arasında “Tvente” və “Herenven” də var.

Ziyeş vaxtilə Niderlandın U-19, U-20 və U-21 yığmalarında oynasa da, 2015-ci ilin oktyabr ayından Mərakeş milli komandasında forma geyinməyə başlayıb. Yarımmüdafiəçi ölkəsinin millisində bütövlükdə 62 oyuna çıxıb, 23 qol vurub, 12 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
3
arena.az

1Sources