EN

Sabah Fransada vətəndaşlar erkən seçkilərin birinci turunda səs verəcəklər

Fransada vətəndaşlar sabah seçkilərin ilk turunda səs verəcəklər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təxminən 68 milyon 400 min əhalisi olan Fransada 49,5 milyon fransız seçici 5 il müddətində onları Milli Məclisdə təmsil edəcək 577 deputatı müəyyən etmək üçün sandıq başına gedəcək.

Fransada 4 min 9 deputat namizədinin mübarizə aparacağı seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.

Seçkilərdə mübarizə aparan namizədlərin 41,1 faizini qadınlar təşkil edir.

Fransada seçkiyə gedə bilməyən seçicilər başqa seçiciyə onların adından səs vermək üçün etibarnamə verə bilər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources