EN

Duda ABŞ, Britaniya və Kanada hərbçilərinin Polşada qalma müddətini uzadıb

Polşa lideri Anjey Duda ABŞ, Böyük Britaniya və Kanadanın hərbi kontingentinin ilin sonuna qədər ölkədə qalmasına icazə verib.

TASS xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosundan məlumat verilib.

Duda hərbi, eləcə də döyüş texnikasının 2024-cü il dekabrın 31-dək Polşada qalmasına icazə verən fərman verib. 

O cümlədən, 6,5 minə qədər amerikalı, 700-ə qədər britaniyalı və 350-dək kanadalı hərbçi respublika ərazisində qala biləcək. 

Bundan əvvəl Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış ölkəsinin hətta təlim missiyaları çərçivəsində belə Ukraynaya öz ordusunu göndərməyəcəyini bildirmişdi.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
9
dogru.az

1Sources