EN

ABŞ-ın Rusiyaya qarşı sanksiyaları qısamüddətli effekt verir- ÖZƏL

ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, o cümlədən Amerika tərəfinin Moskva birjasına qarşı son məhdudiyyətləri qısamüddətli effekt verir və bir müddət sonra ləğv ediləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə amerikalı investor Cim Rocers məlumat verib.

"Mən tarixdən öyrəndim ki, sanksiyalar adətən qısamüddətli istisna olmaqla, əhəmiyyətli təsir göstərmir",-o, "RİA Novosti" xəbər agentliyinə müsahibəsində deyib.

Rocers vurğulayıb ki, Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar tezliklə aradan qaldırılacaq. O, həmçinin qeyd edib ki, beynəlxalq sanksiyalar ölkəyə sərmayə qoyuluşu üçün məhdudlaşdırıcıdır, lakin onlar heç vaxt heç bir yerdə qeyri-müəyyən müddətə davam etmir. İnvestor aydınlaşdırıb ki, sanksiyalar götürüldükdən sonra Rusiyada vəziyyət əvvəlki vəziyyətinə qayıdacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
4
olaylar.az

1Sources