EN

Krımda partlayışlar: Ukrayna qüvvələri hansı istiqamətə zərbələr endirib?

Krımda

Rusiya tərəfindən ilhaq edilmiş Krım raketlərlə hücuma məruz qalıb, istilik elektrik stansiyaları və hava hücumundan müdafiə sistemləri hədəfə alınıb.

Reyting.az
bildirir ki, bu gün səhər saatlarında Sevastopolda (Krım) partlayışlar baş verib.

Məlumata görə, Krım raketlərin hədəfinə çevrilib. İddia olunur ki, Rusiya hava hücumundan müdafiə sistemi işə salınıb. Rusiya hava hücumundan müdafiə sistemi ən azı iki raket atıb. Hava hücumundan müdafiə nəticəsində raket qalıqları bir neçə evə ziyan vurub, 3 nəfər xəsarət alıb.

Krımın Rusiya tərəfindən təyin edilən qubernatoru Mixail Razvoyev Krımın raket hücumuna məruz qaldığını, lakin “hava hücumundan müdafiə sisteminin işlədiyini” deyib.

Razvoyev həmçinin iki hədəfin - dəniz üzərində və Balaklava ərazisində məhv edildiyini bəyan edib.

Sevastopol fövqəladə vəziyyətin təbliğat-təşviqat kanalı yazır ki, raket hücumunun hədəfi guya Balaklava İstilik Elektrik Stansiyası və Rusiyanın Krımdakı Tarxankut hava hücumundan müdafiə zonası olub.

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov qeyd edib ki, Krımda rus işğalçılarına təzyiqlər davam edəcək - hava hücumları, dəniz hücumu və gizli xüsusi əməliyyatlar aparılacaq.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
6
reyting.az

1Sources