EN

Boliviya məhkəməsi üsyançı generalları həbsxanaya göndərib

Boliviyada məhkəmə terrorizmdə və silahlı üsyanda ittiham olunan hərbi çevrilişə cəhdin həbsdə olan liderlərinə 6 ay müddətinə həbs cəzası verib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə Boliviya televiziyası məlumat yayıb.

Yayımçının məlumatına görə, general Xuan Xose Zuniqa, həmçinin Xuan Arnes və Edison İraole Çonçokoro həbsxanasında saxlanılacaqlar.

Bundan əvvəl Boliviya prezidenti Luis Arce ölkədə çevriliş cəhdində 2019-cu ildə dövlət çevrilişində iştirak etmiş təqaüdçü hərbçilərin və əvvəlki hökumətdən olan mülki şəxslərin əli olduğunu bildirmişdi.

Xatırladaq ki, iyunun 27-də Boliviyada dövlət çevrilişinə cəhd olub. Hərbçilər La Paz şəhərində hökumət binalarının yerləşdiyi Plaza Murillo meydanını zəbt ediblər. Ölkənin eks-prezidenti Evo Morales çevrilişə general Xuan Xose Zuniqanın rəhbərlik etdiyini bildirib.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources