EN

Amerikalıların 60 faizi Baydenin namizədliyinin əvəzlənməsini dəstəkləyib

Bakı. Trend:

ABŞ vətəndaşlarının əksəriyyəti hesab edir ki, DemokratlarPartiyası prezident seçkilərinə ölkənin hazırkı lideri CozefBaydenin əvəzinə başqa namizədlə getməlidir.

Trend xəbər verir ki, bu barədə məlumat “Morning Consult”tərəfindən aparılan və Axios portalı tərəfindən dərc olunansorğunun nəticələrində yer alıb.

Məlumata görə, sorğuda iştirak edən seçicilərin 60 faizi CozefBaydenin debatlarda zəif çıxışından sonra demokratik düşərgədənprezidentliyə namizədin mütləq dəyişdirilməli olduğunu düşünür.Respondentlərin 45 faizi isə hazırkı dövlət başçısını yenidənABŞ-nin prezidenti kimi görmək istəyir. Eyni zamanda rəyi soruşulanamerikalıların 44 faizi respublikaçı Donald Trampı dəstəkləyib.Həmçinin, sorğu iştirakçılarının 57 faizi Trampın debatda Baydendəndaha yaxşı çıxış etdiyini deyib.

Sorğuda Birləşmiş Ştatların təxminən iki minə yaxın sakiniiştirak edib.

Xatırladaq ki, iyunun 27-də Corciya ştatının Atlanta şəhərindəABŞ tarixində ilk dəfə hazırkı və sabiq prezidentlər arasındaseçkiöncəsi televiziya debatı keçirilib. CNN teleradiokompaniyasının apardığı sorğuya əsasən, debatı izləyənamerikalıların üçdə ikisi üstünlüyün Donald Trampda olduğunusöyləyib.

ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Tramp vəBayden mənsub olduqları partiyalar tərəfindən dövlət başçısıpostuna namizəd kimi irəli sürülmələri üçün lazımi miqdardanümayəndə səsini toplayıb. Partiyalar onların namizədliyini yayaylarının sonlarında təsdiqləməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
5
3
az.trend.az

4Sources