EN

Türkiyə klubu Dadaşovdan imtina etdi

Türkiyənin I Liqa klubu “Amedspor” Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferindən imtina edib.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Amedspor” forvardla danışıqlarda nəticəyə vara bilməyib və keçiddən vaz keçib.

Dadaşov İsveçrənin “Qrasshoppers” klubunda çıxış edir. O, ötən mövsümü icarə əsasında “Hatayspor”da keçirib. Hücumçu 33 oyunda 6 qol vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources