EN

Tramp Co Baydenə: "Problem yaş deyil" 

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp noyabrın 5-də keçiriləcək prezident seçkiləri öncəsi rəqibi Co Baydenlə ilk canlı yayım debatından sonra Baydeni bacarıqsızlıqla ittiham edib.

"Cebhe.info" xəbər verir ki, ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp Virciniya ştatında keçirdiyi seçki kampaniyasında danışıb.

İyunun 27-də canlı yayımda keçirilən debatda “ölkəni dağıtmağa çalışan adama” qarşı böyük uğur qazandığını iddia edən Tramp ABŞ Prezidenti Co Baydenin “nə etdiyini bilmədiyini” deyib.

Dünyada heç kimin Baydenə hörmət etmədiyini bildirən Tramp, “Problem Baydenin yaşı deyil, onun bacarıqsız olmasıdır” dedi. 

Seçimin “güclü və zəif, kafi və qeyri-kafi, sülh və müharibə” arasında olduğunu bildirən Tramp, dünyanın 3-cü Dünya Müharibəsinə hər zamankindən daha yaxın olduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
2
1
cebheinfo.az

4Sources