EN

İran prezidenti olmaq üçün nə qədər səs tələb olunur? 

İranda keçirilən prezident seçkiləri ilə bağlı səslərin sayılması davam edir.

"Cebhe.info" xəbər verir ki, hazırda Güney Azərbaycandan olan, Təbrizin deputatı Məsud Pezeşkian öndədir.

O, səslərin 42,3 faizini qazanıb. Pezeşkianın əsas rəqibi isə İranın dini liderinin respublikanın milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlilidir. Onun indiyə qədər topladığı səs isə 39,5 faizdir. Səslərin sayılmasının başa çatmasına qədər tərəflər arasındakı fərqin az olacağı və mübarizənin onlar arasında keçəcəyi gözlənilir.

Bəs İran prezidenti olmaq üçün nə qədər səs yığmaq lazımdır?

İran qanunvericililyinə əsasən, birinci turdakı səsvermənin sonunda 50+1 faiz səs yığan namizəd prezident olacaq. Amma namizədlərdən heç biri 50 faiz səddini keçə bilməsə seçki ikinci tura qalacaq. Yəni tərəflərdən biri digərindən çox səs toplasa belə, 50 faizdən artıq səs yığa bilməsə, birinci turda prezident seçilə bilməyəcək. Bu halda 5 iyun tarixində yenidən səsvermə keçiriləcək. İkinci turda qalib gələcək namizəd İranın 9-cu prezidenti olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
cebheinfo.az

1Sources